Hərbi hospitalın qarşısındakı metrostansiyası gələn ilin sonlarında istifadəyə veriləcək
Ceyhun Səlimov küçəsində, hərbi hospitalın qarşısında inşa olunan metronun “Bənövşəyi xətt”inin üçüncü stansiyasının tikintisinin daha bir mərhələsi yekunlaşıb. Stansiyanın dəmir-beton konstruksiya işləri başa çatdırılıb və növbəti mərhələnin işlərinə başlanılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
Ümumiyyətlə, 166,98 metr uzunluqda olan stansiya yeni xəttin ilk inşaat mərhələsinin əsas obyektlərindən biri sayılır. İlk növbədə stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Bu məqsədlə stansiyanın inşaat işlərinə paralel olaraq, 193,91 metr uzunluqda keçid kamerası da tikilir.
Yeni xəttin elektrik təchizatı ilə bağlı burada elektrik yarımstansiyası da inşa olunur. Onun da dəmir-beton konstruksiya işləri tamamlanıb və arakəsmələrin tikintisi başlanıb. Elektrik yarımstansiyasının ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə, eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq.
Şərti adı “B-3” olan stansiyanın ərazisində 240 kubmetr həcmə malik 2 su anbarının və nasosxanalarının tikintisi də yekunlaşır. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Stansiyada havalandırma şaxtasının inşası da son mərhələdədir. Stansiyanın örtük plitəsinin üzərində yeni müasir materiallarla hidroizolyasiya işlərinə başlanılıb. Daxili havalandırma sisteminin işi də 40 faiz görülüb. Stansiya daxili su və kanalizasiya xətləri çəkilib. Daxili və xarici elektrik xətlərinin çəkilişi işləri davam etdirilir.
Stansiyanın özünə gəldikdə, o da xəttin “Memar Əcəmi” stansiyası kimi çoxsəviyyəlidir (mərtəbə). Səviyyələrin sayı “Memar Əcəmi”dəki kimi 5 deyil, 3-dür. Texniki səviyyə elektrik təchizatı, ventilyasiya və digər stansiya avadanlıqları üçün nəzərdə tutulub. O, həm də keçid səviyyəsidir. Sərnişinlər buradan keçərək, eskalatorlarla və pilləkənlə bir səviyyə aşağı – vestibülə enəcəklər. Qatarların hərəkət edəcəyi platforma səviyyəsinə sərnişinləri pilləkənlərlə yanaşı, eskalatorlar endirib-qaldıracaq. Ümumiyyətlə, stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq.
Yeddi vaqonlu qatarların qəbulu üçün nəzərdə tutulan platformanın tam uzunluğu 166,98 metrdir. Burada yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Hətta ilkin üzləmənin əlamətləri də görünür. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb.
Bütün mərtəbələrdə dəmir-beton konstruksiya işləri başa çatdığından, kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib, sonrakı mərhələdə isə quraşdırıcılara ötürüləcək.
Əhəmiyyətli yeniliklərdən biri, stansiya divarının arxasından perspektiv planda nəzərdə tutulmuş “Mavi xətt”in stansiyasına keçid də indidən nəzərdə tutulur. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək “Mavi xətt”in şərti adı “M-03” olan stansiyasına aparan piyada tunel başlanğıcını buradan götürəcək. “Bənövşəyi xətt”in “Memar Əcəmi” stansiyasını “B-03”stansiyası ilə birləşdirən tunellərdə də fəal işlər aparılır.
Qeyd edək ki, Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal adlandırılan, dəmir-beton bloklardan istifadə olunacaq. Bu blokların istehsalı “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra əldə olunmuş ən böyük istehsalat nailiyyətlərindəndir. Azərbaycanda ilk dəfə beton yarımşpal istehsalı məhz müəssisənin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində həyata vəsiqə qazanıb. Bu məqsədlə, dünyanın aparıcı şirkətləri arasında monitorinqlər və danışıqlar aparılaraq, ən optimal variant kimi, Almaniyanın “Vollert” şirkəti seçilib. Şirkət yeni sexin avadanlıqla təchizatını həyata keçirərək, yerli kadrların hazırlanmasını da yerinə yetirib. İndi yerli şəraitdə kənardan istənilən sifarişi də qəbul edə bilən bu sahə “Made in Azerbaijan” brendinə “Bakı Metropoliteni” QSC-nin töhfələrindən biridir. “Nərimanov” elektrik deposunda inşası başa çatmaqda olan hərəkət qatarlarının sınaq yoluna, daha sonra isə “Xətai” stansiyasının dalan yoluna, pilot layihə kimi, qoyulmuş bu şpallar həm də böyük təcrübə məktəbi olub və bu səbəbdən “Bənövşəyi xətt”in sözügedən mənzilində uğurla tətbiq edilir. Taxta şpallarla müqayisədə beton bloklar daha uzunömürlü, səmərəli, keyfiyyətli, qulluğu və istismarı asan, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır.
Tunellərdə 1300 metrə yaxın yol qoyulub və betonlanıb. Yol davamiyyəti olan stansiyanın keçid kamerasında isə yolun konturları yerə bərkidilmiş reperlərlə müəyyən edilib.
İnşaat işləri ilə yanaşı, xəttin idarəetmə sistemləri üzərində də işlər uğurla davam etdirilir. Hazırda Fransanın “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində SCADA sisteminin tam tətbiqi üzərində işlər yekunlaşmaqdadır. Sınaq tədbirlərindən sonra yeni dövrün ən müasir tələblərinə cavab verən idarəetmə sistemi işə qoşularaq fəaliyyətə başlayacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb