logo

Sabah Bakıda 31° isti olacaq

14:22 17-08-2018 | icon 2366
Sabah Bakıda 31° isti olacaq

Azərbaycanda avqustun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 27-32°, Bakıda gecə 22-24°, gündüz 29-31° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə ediləcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 18-19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 18-i gündüz və 19-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək.

Azərbaycanın gecə və səhər bəzi şimal rayonlarında, gündüz isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21°, gündüz 30-35° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində səhər və gündüz şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək.

Havanın temperaturunun gecə 12-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində səhər və gündüz şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı bildirilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək.

Havanın temperaturunun gecə 15-20°, gündüz 23-28° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində səhər və gündüz yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir sürətlənəcək.

Havanın temperaturu gecə 20-22°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq.

Xəbərdarlığa əsasən, avqustun 18-i gündüzdən 20-dək şimal rayonlarından başlayaraq Azərbaycanın bölgələrində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.