logo

Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

14:54 31-03-2023 | icon 1386
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək

Aprelin 3-də Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, “yaşıl hidrogen” layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və “təmiz enerji” texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur.