logo

AQTA Belarusdan gətirilən 62 ton kartofun satışına qadağa qoydu

12:12 29-03-2023 | icon 1771
AQTA Belarusdan gətirilən 62 ton kartofun satışına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Belarus Respublikasından “Famura RS” MMC-nin idxal etdiyi “Maşpışenrod” şirkətinə məxsus 21 ton, “Turas MM” MMC-nin idxal etdiyi “Konençenko E Q” şirkətinə məxsus 21 ton və “Vasilenok” şirkətinə məxsus 20,388 ton ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində hər üç partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə və kartof gövdə nematodu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.