logo

Azərbaycan neftinin bir barreli 72,61 dollara satılır

10:59 17-08-2018 | icon 2737
Azərbaycan neftinin bir barreli 72,61 dollara satılır

Dünya bazarında neftinin qiyməti müxtəlif istiqamətdə dəyişib.

YeniAvropa xəbər verir  ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar bahalaşaraq 72,61 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 71,38 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar azalaraq 65,43 dollar olub.