Bu il Bakıda “KOB Dünya Forumu” keçirilməsi planlaşdırılır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən(KOBİA) YeniAvropa-ya bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Sahibkarlıq, KOB-lar, Regionlar və Şəhərlər Mərkəzinin şöbə müdiri Selin Kaufman arasında görüş keçirilib.
Onlayn formatda təşkil olunmuş görüşdə Agentliyin KOB sahəsində hər iki təşkilatla əməkdaşlıq etdiyi qeyd olunub, KOB-ların inkişafında innovasiyaların tətbiqinə, maliyyəyə və bazarlara çıxışa, gələcək birgə layihə və təşəbbüslərə, eləcə də bu il Bakıda keçirilməsi nəzərdə tutulan “KOB Dünya Forumu”na dair fikir mübadiləsi aparılıb.