logo

“EURO-2024”:Azərbaycan millisi bu gün İsveç yığmasının qonağı olacaq

11:11 27-03-2023 | icon 3353
“EURO-2024”:Azərbaycan millisi bu gün İsveç yığmasının qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan millisi “EURO-2024”ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, millimiz səfərdə İsveç yığması ilə qarşılaşacaq.

F qrupunun ilk turunda hər iki komanda böyük hesabla məğlub olub. Belə ki, Azərbaycan millisi səfərdə Avstriya yığmasına 1:4, İsveç isə doğma meydanda Belçikaya 0:3 hesabı ilə uduzub.

Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Fransadan olan hakimlər briqadasına tapşırılıb. Matçı qadın baş hakim Stefani Frappar idarə edəcək. Ona həmyerliləri Mikael Beşebru və Metyü Qrosbost kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Bastyen Deşepi yerinə yetirəcək.

Qeyd edək ki, “Friends Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.