logo

Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək

09:59 23-03-2023 | icon 1883
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək

Bu gün 2024-cü ildə keçiriləcək futbol üzrə  Avropa çempionatının(EURO-2024) seçmə mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir ki, ilk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.

Günün oyun qrafikini təqdim edirik:

C qrupu

23:45. İtaliya - İngiltərə

23:45. Şimali Makedoniya - Malta

H qrupu

19:00. Qazaxıstan - Sloveniya

22:45. Danimarka - Finlandiya

22:45. San Marino - Şimali İrlandiya

J qrupu

23:45. Portuqaliya - Lixtenşteyn

23:45. Slovakiya - Lüksemburq

23:45. Bosniya və Herseqovina – İslandiya

Qeyd edək ki, seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu sabah Lins şəhər stadionundaAvstriya yığmasına qarşı keçirəcək.