Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Federasiyadan YeniAvropa-ya bildirilib ki, martın 22-dən 26-dək baş tutacaq yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunacaq.
Kişilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) fərdi yarışlarda, Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaqlar.
Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev turnirdə Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) fərdi yarışlarla yanaşı, komanda çıxışlarında da idarə edəcək.
Kata üzrə yığmanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu fərdi kata, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti isə komanda kata yarışlarına çıxaracaq.
Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev qitə birinciliyinin referiləri arasında olacaqlar.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov, eləcə də, AMKF-in baş katibi Qabil Sayadov EKF-in Konqresində iştirak edəcək.
Beş gün davam edəcək qitə çempionatına 48 ölkədən 468 idmançı qatılacaq.
Azərbaycan-Serbiya mədəni əlaqələri müzakirə edilib
Azərbaycan-Qazaxıstan hərbi kəşfiyyat üzrə əməkdaşlıq sazişi təsdiqlənib
Bakıda Azərbaycan-Somali əməkdaşlığıi müzakirə edilib
UEFA Superkubokunun qalibi Varşavada müəyyənləşəcək
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Sumqayıtda azyaşlı övladını dənizdə boğan ata həbs edilib
Sabah Bakıda qısamüddətli yağış yağacaq,32° isti olacaq
AFFA Hakimlər Komitəsinə belçikalı sədr təyin edilib
Paytaxtda 36 şagird orta məktəbi qızıl medalla bitirib
Afrika ölkələri Azərbaycan üçün hər zaman prioritet olub-Nazir
Sinoptiklərdən leysan və dolu xəbərdarlığı
Kolleclərə tələbə qəbulu üçün 10 min 930 plan yeri ayrılıb
Bölgələrdə qeyri-sabit hava şəraiti davam edib-Faktiki hava
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
“Paris-2024”: Boksçularımızın rəqibləri müəyyənləşib
Paytaxt üzrə bağçalara qəbul başlanır
Azərbaycan nefti 85,34 dollara satılır
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Paris Olimpiyadasında ilk dünya rekordu qeydə alınıb
Daşkənddə Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələri keçirilib
Kamran Əliyev ŞƏT-in baş prokurorlarının konfransında iştirak edib
Qazaxıstan neftinin BTC ilə tranzit həcmi 1 milyon tona yaxınlaşır
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün təkliflər paketi hazırlayır
Paytaxtın mərkəzi küçəsi 3 günlüyə təmirə bağlanır