UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb.
YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə bu mərhələdə qarşılaşacaq komandalar müəyyənləşib:
“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
“Yuventus” (İtaliya) – “Sportinq” (Portuqaliya)
“Bayer” (Almaniya) – “Union” (Belçika)
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya).
Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri bundan bir həftə sonra keçiriləcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də baş tutacaq.
Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da olacaq.