On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 24-də və 27-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının məkanı müəyyənləşib.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, qarşılaşmalar "Dalğa Arena"da baş tutacaq.
Hər iki görüş saat 18:00-da start götürəcək.