Azərbaycanda avqustun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24°, gündüz 28-33°, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı-756 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 23-24°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 24-25° isti olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 18-23° dərəcə isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.