Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 13 milyard 299,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, yeddi ayda qaz nəqlinin 32,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 4 milyard 312,1 milyon kubmetr təbii qaz göndərilib.