Cari ilin yanvar-iyul ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumatda qeyd edilib ki, hesabat dövründə metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 134,9 milyon nəfərə çatıb.