logo

Cari ildə BTC neft kəməri ilə 19,5 milyon min ton neft nəql olunub

11:10 16-08-2018 | icon 3955
Cari ildə BTC neft kəməri ilə 19,5 milyon min ton neft nəql olunub

Cari ilin yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 913,8 min ton neft nəql olunub. Nəqletmənin 81,5 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 19 milyon 479 min ton neft ötürülüb. 

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Qeyd edilib ki, bundan əlavə,  ötən 7 ayda BTC ilə 3 milyon 716,7 min ton tranzit nefti də nəql edilib.