logo

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb

09:01 16-08-2018 | icon 2695
Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 milyon dollar investisiya yatırıb

Ötən il Gürcüstan iqtisadiyyatına 1 milyard 888,8 milyon dollar xarici investisiya yatırılıb, bu da 2016-cı illə müqayisədə 20,6 faiz çoxdur.

YeniAvropa xəbər verir  ki, bu haqda Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Gürcüstan iqtisadiyyatına yatırılmış xarici investisiyaların 465 milyon dolları və ya ümumi investisiyaların 24,6 faizi Azərbaycanın payına düşüb.

Azərbaycan bu göstərici ilə Gürcüstan iqtisadiyyatına investisiya qoyan xarici ölkələr sırasında birinci yerdədir.

Gürcüstan iqtisadiyyatına ikinci ən çox investisiya yatıran ölkə Niderland (356,7 mln. dolar), üçüncü yerdə isə 286,3 milyon dollarla Türkiyədir.

Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyalar 2017-ci ildə bu ölkənin ümumi daxili məhsulunun 12,5 faizini təşkil edib.