logo

Boks millimiz Hindistana dünya çempionatına yollanıb

15:15 12-03-2023 | icon 1687
Boks millimiz Hindistana dünya çempionatına yollanıb

Martın 16-da Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatı start götürəcək.

YeniAvropa xəbər verir ki, on gün davam edəcək mundialda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında 6 boksçumuz gücünü yoxlayacaq. Dünya çempionatının mükafatları uğrunda Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxacaqlar.

Bu gün səfərə yollanan yığma martın 27-də Bakıya qayıdacaq.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın püşkü martın 15-də atılacaq. 77 ölkənin qatılacağı gözlənilən yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.