logo

Azərbaycan Latviya ilə  Anlaşma Memorandumu imzalayıb

15:30 09-03-2023 | icon 1890
Azərbaycan Latviya ilə  Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük. Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək”, - deyə Mikayıl Cabbarov qeyd edib.