Oktyabrın 11-12-də Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, “Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalının təşkilatçılığı ilə keçiriləcək forumunda Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət siyasəti, neft emalı sahəsinin modernləşdirilməsi və sair məsələlər barədə məruzələr dinləniləcək. Tədbirdə SOCAR, həmçinin “Azpetrol”, “LUKoil”, “Shell”, “Turkpetrol” və digər şirkətlər iştirak edəcək.
Qeyd edək ki, jurnal Rusiyada fəaliyyət göstərir və əsasən yanacaqdoldurma məntəqələrinin, neft emalı müəssisələrinin fəaliyyətinin işıqlandırılması, bu sahədə tədbirlərin təşkili işi məşğul olur.