Növbəti mövsümdən futzal üzrə ölkə çempionatında legioner limiti tətbiq olunacaq. Hazırda bu istiqamətdə müzakirələr gedir.
YeniAvropa xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev martın 7-də təşkil olunan mətbuat konfransında deyib.
Baş katib bildirib ki, ötən illərlə müqayisədə bu mövsüm Premyer Liqanın turnir cədvəlində sonuncu olacaq klub elitanı tərk edəcək. Onun əvəzində Birinci Diviziondan bir komanda Premyer Liqaya vəsiqə qazanacaq.