Bu mövsüm yerli liqalarda keçirdikləri oyunlarda məğlub olmayan Avropa komandalarının siyahısında dəyişiklik edilib.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi "Qarabağ" yerli çempionatda uduzmayan iki kollektivdən biridir.
"Köhlən atlar" son olaraq Premyer Liqanın XXV turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. Ağdam klubu ilə yanaşı, Serbiya “Srvena Zvezda”sı da ölkə çempionatında məğlubiyyət üzü görməyib.
Son olaraq Lüksemburqun "Svift Hesperange" komandası XIX tur qarşılaşmasında "Union Titus Petanj"a məğlub olaraq siyahıdan kənarda qalıb.
1. “Qarabağ” (25 oyun): 20 qələbə, 5 heç-heçə
2. “Srvena Zvezda” (Serbiya – 24 oyun): 21 qələbə, 3 heç-heçə