logo

İlin sonunadək 5 ölkədə Azərbaycanın ticarət və şərab evləri açılacaq

12:31 15-08-2018 | icon 2555
İlin sonunadək 5 ölkədə Azərbaycanın ticarət və şərab evləri açılacaq

Bu ilin sonunadək BƏƏ, Çin, Polşa, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir  ki,  bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib. Nazir, həmçinin bu ilin 7 ayında qeyri-neft ixracının 14 faizə yaxın artdığını bildirib.

Qeyd edək ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.