Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Milla Dairy" MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı daxil olan müraciəti əsasında 70 adda 8 ton müxtəlif növ süd və süd məhsulu, 7 adda 14,6 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.