logo

Cüdoçularımız Daşkənd “Böyük dəbilqə”sini bir medalla başa vurublar

16:16 04-03-2023 | icon 2205
Cüdoçularımız Daşkənd “Böyük dəbilqə”sini bir medalla başa vurublar

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirini bir medalla başa vurublar.

YeniAvropa xəbər verir ki, bu gün mübarizəyə qoşulan iki idmançımız yarışla erkən vidalaşıb. Nəriman Mirzəyev Tacikistan təmsilçisi Bahruzi Xocazodaya, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) yerli idmançı Şaxram Ahadova uduzub.

Qeyd edək ki, ötən gün millimizin üzvü Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.