Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula 1 Azərbaycan Qran-Pri"sinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.
BŞH-dən YeniAvropa-ya bildirilib ki, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinədək davam edəcək.
Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq.