Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, fevralın 28-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 13 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/4017 linki vasitəsilə məlumat almaq mümkündür.