Şuşa şəhərində yeni su anbarının tikintisinə başlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, şəhər ərazisində iki yeni su anbarı olacaq: "Həmin anbarlarda birinin tikintisinə başlanılıb. Artıq anbarın betonlanma işi həyata keçirilir. Anbarın tikintisi yaxın vaxtlarda başa çatdırılacaq. Bu anbara toplanan su heç bir elektrik enerjisindən asılı olmadan istehlakçılara paylanacaq".
Anar Cəbrayıllı qeyd edib ki, inşası aparılan su anbarı hər biri 1000 kubmetr olmaqla iki hissədən ibarətdir: "Bu, birinci su anbarıdır. Eyni tutumda daha bir su anbarının da tikintisi yaxın vaxtlarda reallaşdırılacaq".