Azərbaycanda qızıl hasilatı artıb
Çovdar Filiz Emalı sahəsində istehsal nəticəsində 2017-ci ilin aprelindən indiyədək "AzerGold" QSC tərəfindən 81 min 100 unsiya qızılın, 120 min 500 unsiya gümüşün satışı nəticəsində 180 milyon manatdan çox gəlir əldə edilib.
YeniAvropa xəbər verir ki, hazırda Daşkəsəndə Çovdar filiz emalı sahəsində aktiv hasilat işləri aparılır. Bu mədən "AzərGold" QSC-nin təhvil aldığı 6 saziş sahəsindən biridir. Burada fəaliyyət göstərən zavodda qızıl-gümüş tərkibli xəlitələrin tökülməsi üçün ən son texnologiyalar tətbiq olunur. Müxtəlif mərhələlərdən ibarət əməliyyat prosesləri, dünya standartlarına tam uyğun aparılır.
Çovdar yatağının yeraltı sulfid fazasında isə istehsalata hazırlıq işləri görülür. İlkin nəticələrə görə, ən azı 6 il ərzində buradan 400 milyon manatdan çox gəlir əldə etmək mümkün olacaq. Çovdar filiz emalı sahəsinin aktiv hasilat olan hissəsi isə iqtisadi səmərəsi ilə yanaşı, yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinin infrastrukturuna müsbət təsir göstərib. Yeni yollar çəkilib, xidmət sahələri yaradılıb, sakinlərin məşğulluğu təmin olunub.
Çovdar filiz emalı sahəsindən əldə olunan gəlirlərin hesabına ASC yeni yataqların inkişafı üçün kapital qoyuluşu həyata keçirir. Bu da dövlət büdcəsindən əlavə vəsait almadan fəaliyyətə imkan verir. Hazırda bir neçə yataqda tədqiqat işləri aparılır. Bunlardan biri, Balakəndə yerləşən Filizçay yatağı nəinki regionda, hətta Avropada strateji əhəmiyyətə malikdir. Bu polimetal yataq gümüş, sink, qızıl, mis, qurğuşun kimi metallarla zəngindir. Filizçay mədəni təkcə sink ehtiyatlarına görə Avropada ilk onluğa daxildir. İlkin hesablamalara görə, istismar müddəti 12 il olan yataq ölkə iqtisadiyyatına 3 milyard manatdan çox gəlir qazandıracaq. Bu istehsal sahəsinin işə düşməsi ilə 2000-dən çox iş yerinin açılmasına imkan yaranacaq.
Naxçıvan Muxtar Respublikası və Göygöl rayonundakı perspektivli qızıl yataqlarında da tədqiqat işləri aparılır. Ölkənin əlvan metal hasilatına dair yol xəritəsi sənədinin hazırlanmasına da başlanılıb. Sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcək. Rəqəmsallaşdırma, yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək. Həyata keçirilən və perspektivdə olan bütün layihələr ölkədə qeyri-neft sektorunun dinamik inkişafının təminatına hesablanıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb