logo

Naftalanda kanat yolu çəkiləcək

14:32 14-08-2018 | icon 2366
Naftalanda kanat yolu çəkiləcək

Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə 1,7 kilometrlik kanat yolunun çəkilməsi nəzərdə tutulub.

YeniAvropa xəbər verir  ki, bu barədə Naftalan şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev məlumat verib. Onun sözlərinə görə,  yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin kanat yolunun çəkilişi Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.