logo

Avqustun 16-dan ölkə ərazisində havanın temperaturu yüksələcək

13:39 14-08-2018 | icon 2310
Avqustun 16-dan ölkə ərazisində havanın temperaturu yüksələcək

Ölkə ərazisində qeyri-sabit hava şəraiti avqustun 16-dək davam edəcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir sürətlənəcək. Bəzi yerlərdə yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacaq. Havanın hərarətinin Bakıda və Abşeron yarımadasında 26-29°, bölgələrdə 25-30° isti olacağı proqnozlaşdırılır. Avqustun 16-17-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-3° yüksələcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova havanın sərin keçməsinin və temperaturun enməsinin şimaldan gələn soyuq hava kütlələrinin və şimal küləklərinin üstünlüyü ilə əlaqədar olduğunu deyib. O, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin müşahidə olunduğunu qeyd edib. Direktor yaxın bir neçə gün ərzində anomal istilərin hələ ki, gözlənilmədiyini də diqqətə çatdırıb.