Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən YeniAvropa-ya verilən məlumata görə, müvafiq tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək.
Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Bundan əlavə, eyni zamanda "108 Çağrı mərkəzi"nin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Xatırladaq ki, hazırda ölkə ərazisində 13 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.