logo

Tel-əviv “Böyük dəbilqə”si: Orxan Səfərov gümüş medal qazanıb

20:50 16-02-2023 | icon 1799
Tel-əviv “Böyük dəbilqə”si: Orxan Səfərov gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində final görüşünə çıxıb.

YeniAvropa xəbər verir ki, idmançımız həlledici görüşdə Gürcüstan təmsilçisi Vaja Marqvelaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov yarımfinalda gürcüstanlı idmançı Laşa Nadiradzeni məğlub edib.

Turnirin birinci günündə tatami üzərinə çıxan cüdoçumuz finala gedən yolda ardıcıl olaraq Hoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovdan (Bolqarıstan) üstün olub.

Xatırladaq ki, Azərbaycan milli komandası turnirdə 10 cüdoçu ilə təmsil olunur.

Üç gün davam edəcək yarışda 52 ölkədən 398 idmançı iştirak edir.

“Böyük dəbilqə” fevralın 18-də yekunlaşacaq.