logo

Cüdoçumuz Tel-Əviv "Böyük dəbilqə"sində finala yüksəlib

17:17 16-02-2023 | icon 1666
Cüdoçumuz Tel-Əviv "Böyük dəbilqə"sində finala yüksəlib

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin paytaxtı Təl-Əviv şəhərində keçirilən "Böyük dəbilqə" turnirində finala yüksəlib.

YeniAvropa xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib.

O, qızıl medal uğrunda Vaja Margelaşvili (Gürcüstan) - Alberto Martin (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

60 kq-dakı Balabəy Ağayev eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Qeyd edək ki, "Böyük dəbilqə" turniri fevralın 18-də başa çatacaq.