Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik-Qurban Qurbanov
Rəqib sürətli oyunçulara malikdir və 90 meydanda yaxşı pressinq edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək istəyirik. Rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var.
YeniAvropa xəbər verir ki, bunu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Belçikanın “Gent” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
“Gent” klubu ilə matçın çox vacib oyun olduğunu söyləyən Q.Qurbanov deyib: “İkinci dəfə bu turnirin pley-off mərhələsində oynayacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik. Doğma meydanda çıxış edəcəyik. Azarkeş baxımından üstünlük bizdə olacaq. Böyük problemimiz yoxdur. Sadəcə, komanda tam istədiyim kimi deyil. Qarşıdakı oyunlarda daha yaxşı “Qarabağ” gözləyirəm. Buna nail olacağımıza inanıram. Yeni transferlərin komandaya uyğunlaşması çətin olmayacaq. Amma hazırlıqları yaxşı səviyyədə deyil. Demək olar ki, kollektivə tam uyğunlaşıblar. İlk günlərdə bir az utancaqlıq var idi. Get-gedə özlərini daha yaxşı və rahat hiss edirlər. Onlara sabahkı görüşdə şans verilməsi ehtimalı da var. Son qərarı oyun günü verəcəyik”.
Təcrübəli mütəxəssis ilk matçın evdə və ya səfərdə olmasının hər hansı üstünlük olmadığını diqqətə çatdırıb: "Bakıda heç-heçə edib, səfərdə qalib gəldiyimiz qarşılaşmalar olub. Bəlkə də bugünkü vəziyyətdə evdə oynamaq daha uyğundur. Dəyişə biləcəyimiz bir şey yoxdur. Ona uyğun addım atmalıyıq".
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.
30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu sabah başa çatır
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib
Sabahdan paytaxtın mərkəzi küçələrindən biri 3 günlüyə bağlanır
Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb
Xankəndiyə prokuror təyin edilib
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır