Onun sözlərinə görə, avqustun 14-dən ölkə ərazisində əsən şimal-qərq küləyi arabir güclənəcək: "Ayın 15-i gündüz küləyin zəifləyəcəyi gözlənilir. Avqustun 16-dək ölkə ərazisində hava şəraitinin bir qədər küləkli keçəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır".
G.Məmmədova qeyd edib ki, növbəti iki gündə havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26-28, bölgələrdə 28-30 dərəcə arası dəyişəcəyi gözlənilir: "Avqust ayının 16-dan havanın temperaturunun bugünlərlə müqayisədə 2-3 dərəcə yüksələcəyi proqnozlaşdırılır".