Bu gün 2022-2023-cü illər UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək.
YeniAvropa xəbər verir ki, Fransanın "PSJ" klubu Münxenin “Bavariya” kollektivini, “Milan” isə “Tottenhem”i qəbul edəcək.
Fevralın 15-də isə digər iki qarşılaşma keçiriləcək: “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) matçları Cavab oyunları isə bir həftə sonra keçiriləcək.