Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandası hazırlığı ölkə xaricində davam etdirəcək.
YeniAvropa xəbər verir ki, yığma baş məşqçi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin rəhbərliyi altında Cənubi Koreyada təlim-məşq toplanışı keçəcək.
Qarşıdakı mötəbər yarışlar, o cümlədən Bakıda təşkil olunacaq dünya çempionatında uğurlu çıxış üçün hazırlıqda 7 taekvondoçumuz iştirak edəcək. Məşqçilər korpusu səfərə Sona Ağayeva, Məryəm Məmmədova, Minayə Əkbərova, Zemfira Həsənzadə, Patimat Abakarova, Səmərrux Osmanova və Fatimə Məcidovanı aparıblar.
Qeyd edək ki, komandamız Vətənə fevralın 28-də dönəcək.