Futzal üzrə Azərbaycan kuboku yarışlarının 2022-2023-cü il mövsümünün 1/16 final mərhələsinin püşkü atılıb.
YeniAvropa Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatma mərasiminə Birinci və İkinci liqalarda çıxış edən komandalar qatılıblar.
Əvvəlcə bir neçə gün əvvəl Türkiyədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra cütlüklər müəyyənləşib. Fevralın 23-də, 24-də və 26-da “Şamaxı” – “Xan Lənkəran”, MUM – “Zəngilan”, “Şuşa” – “Baku Fire-3”, “STAR kargo” – “Advokat”, ADBTİA – “Timsport”, U-17 – “Metropoliten”, “Dəstə Ordubad” – “Dalğa”, VİFLY – “Flaqman”, “Baku Fire-2” – “Çinar-Zəngilan” və “Alyans” – “Rəvan” matçları oynanılacaq.
Qeyd edək ki, Yüksək Liqa komandaları mübarizəyə növbəti – səkkizdəbir finalda qoşulacaqlar.