logo

UEFA Konfrans Liqası: "Gent"-"Qarabağ" matçının biletləri satışa çıxarılıb

16:56 07-02-2023 | icon 1470
UEFA Konfrans Liqası: "Gent"-"Qarabağ" matçının biletləri satışa çıxarılıb

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb.

YeniAvropa klubun rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 5 avro təşkil edir. Ən bahalı bilet isə 35 avrodur.

Fevralın 23-də "Gelamko Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında ilk görüş fevralın 16-da Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun başlama saatı 21:45-dir.