logo

DÇ-2023:Polşa-Azərbaycan matçının vaxtı açıqlanıb

13:13 07-02-2023 | icon 1435
DÇ-2023:Polşa-Azərbaycan matçının vaxtı açıqlanıb

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa–Azərbaycan oyununun başlama saatı bəlli olub. 

YeniAvropa  Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Koszalin şəhərindəki idman zalında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq.