logo

Rusiya və Belarus idmançıları Paris Olimpiyadasına buraxılmayacaqlar?

12:12 04-02-2023 | icon 1946
Rusiya və Belarus idmançıları Paris Olimpiyadasına buraxılmayacaqlar?

Ukrayna Milli Olimpiya Komitəsi(MOK) Parisdə keçiriləcək 2024-cü il Olimpiya Oyunlarına rusların və belarusların buraxılmaması üçün mübarizə aparmaq barədə rəsmi qərar qəbul edib.

YeniAvropa "Euronews" telekanalına istinadla xəbər verir ki, əks təqdirdə MOK Paris Yay Olimpiya Oyunlarının boykot edilməsi imkanlarını nəzərdən keçirəcək.

Bu qərara neqativ yanaşan Beynəlxalq Olimpiya Komitəsi(BOK) müharibəni dəstəkləməyən və neytral bayraq altında çıxış edən rusiyalı və belaruslu atletlərin Oyunlarda iştirakını vacib sayır. Ukrayna prezidenti Volodimir Zelenski BOK-un bu mövqeyini qınayıb.

Polşa və üç Baltikyanı ölkə də Kiyevin boykot qərarını dəstəkləməyə hazır olduqlarını bildirib. Varşava bəyan edib ki, sonda Olimpiadada iştirakdan imtina edə biləcək 40 ölkədən ibarət blok formalaşa bilər.

Paris isə Olimpiya Oyunları ətrafında yaranmış vəziyyətlə bağlı hələlik şərh vermir.