Xorvatiyanın paytaxtında keçirilən "Zaqreb Open" reytinq turnirinin ilk yarış günündə Azərbaycan sərbəst güləşçiləri 5 medal qazanıblar.
YeniAvropa xəbər verir ki, 74 kq çəkidə çıxış edən Cəbrayıl Qadjiyev macarıstanlı Murad Kuramaqomedova 5:0 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.
Bundan əvvəl isə Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Zaqreb Open"də final görüşünə çıxıb. 70 kq-da yarışan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.
Bu çəki dərəcəsində digər güləşçimiz Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə edib.