Sərbəst güləşçimiz Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open" turnirində birinci olub.
YeniAvropa xəbər verir ki, turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Ə.Rzazadə ardıcıl olaraq çinli Vanhao Zou, komanda yoldaşı İslam Bazarqanov və gürcüstanlı Beka Bujiaşviliyə qalib gəlib. Finalda yaponiyalı Yuto Nişuçi üzərində qələbəyə sevinən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, "Zaqreb Open"nə fevralın 5-də yekun vurulacaq.