logo

FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır

20:40 31-01-2023 | icon 2373
FIDE-nin reytinqində Teymur 11-ci,Şəhriyar isə 15-ci sıradadır

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

YeniAvropa  FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gənclər arasında dünya çempionu Gövhər Beydullayeva 2387 xalla 58-ci sırada qərarlaşıb.