Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar bahalaşaraq 74,05 dollar təşkil edib.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,74 dollar bahalaşaraq 72,81 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,82 dollar artaraq 67,63 dollar olub.