logo

“Qarabağ”ın braziliyalı qapıçı almaq istəyinə rədd cavabı gəldi

14:34 30-01-2023 | icon 1302
“Qarabağ”ın braziliyalı qapıçı almaq istəyinə rədd cavabı gəldi

“Qarabağ”ın braziliyalı qapıçı Vana Alves üçün təklifi rədd edilib.

YeniAvropa xəbər verir ki, bu barədə “themasports.tothemaonline.com” saytı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionu Kiprin “Aris” klubunun qolkiperinin transferi üçün qarşı tərəfə cəlbedici təklif göndərib. Lakin Limassol təmsilçisi bunu qəbul etməyib. 32 yaşlı futbolçu “Qarabağ” da daxil olmaqla, bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, 2021-ci ildən “Aris”in formasını geyinən Vana Alves karyerası ərzində “Koritiba” (Braziliya) və “Portu” (Portuqaliya) kimi klublarda çıxış edib.