BNA: Qəzaya uğrayan 64 nömrəli avtobusda sərnişin olmayıb
Avqustun 10-da saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsində 64 nömrəli müntəzəm marşrut xətti üzrə dövlət qeydiyyat nişanı 99 HM 363 olan sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) YeniAvropa-ya bildirilib ki, qəza ilə bağlı məlumat daxil olan kimi agentliyin əməkdaşları hadisə yerinə gediblər. İlkin məlumata görə, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusu sonuncu dayanacaqda olan zaman dərədən aşıb. Hadisə sonuncu dayanacaqda baş verdiyindən avtobusda sərnişin olmayıb. Qəza zamanı avtobusun sükanı arxasında olan Rəhimov Tariyel Əli oğlu dünyasını dəyişib.
“Sosial şəbəkələrdə və bəzi informasiya saytlarında sərnişin dolu avtobusun dərəyə aşması nəticəsində xeyli sayda insanın xəsarət alaraq ölməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bildiririk ki, bu cür məlumatlar insanlar arasında çaşqınlığın və süni ajiotajın yaranmasına səbəb olur. Xahiş edirik ki, bu cür hadisələr zamanı Bakı Nəqliyyat Agentliyinin yaydığı rəsmi məlumatlara istinad edilsin.
Məlumat üçün onu da bildiririk ki, əvvəllər açıqladığımız kimi, 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti qənaətbəxş hesab edilməyib. Daxil olan vətəndaş müraciətləri əsasında xətt üzrə avtobuslara keçirilən baxış zamanı nəqliyyat vasitələrinin texniki baxımdan yararsız vəziyyətdə olması, eyni zamanda, sürücülərin qeyri-peşəkar olması müəyyən edilib. Mövcud vəziyyətlə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi xəbərdarlıqlar edilsə də təsirli tədbirlər görülməyib”, - deyə Bakı Nəqliyyat Agentliyinin məlumatında qeyd olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb