Azərbaycan nefti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,03 dollar azalaraq 88,91 ABŞ dolları təşkil edib.
Azərbaycan neftinin maksimum satış qiyməti ötən il martın 9-də qeydə alınıb. Neftin 1 bareli 135,99 ABŞ dollarına satılıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.