Bakının “Neftçi” klubu yeni futbolçunu transfer edib.
YeniAvropa xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Bakı təmsilçisi braziliyalı Mateus Saldanya ilə müqavilə imzalayıb.
Oyunçunun son klubu Yaponiyanın “Cef Yunayted Çiba” komandası olub. O, Yaponiya liqasında keçirdiyi 47 oyunda 4 qola imza atıb.