6 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 14,6 milyard dollar olub
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 99 ölkəyə məhsul ixrac olunub, 158 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14 milyard 647 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 986,7 milyon dollar, idxalın dəyəri 4 milyard 660,3 milyon dollar təşkil edib. Nəticədə 5 milyard 326,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,7 faiz, real ifadədə isə 2,6 faiz, o cümlədən ixrac 2,1 faiz, idxal 3,7 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 22 faizini İtaliyaya, 8,2 faizini İsrailə, 7,5 faizini Türkiyəyə, 5,9 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,4 faizini Hindistana, hər biri 4 faiz olmaqla Kanada, Rusiya və Çexiyaya, 3,8 faizini Almaniyaya, 3,7 faizini Portuqaliyaya, 3,2 faizini Gürcüstana, 2,9 faizini ABŞ-a, 2,6 faizini Fransaya, qalan 18,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 16,3 faizi Türkiyə, 10,4 faizi Çin, 7,3 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 2,9 faizi İran, 2,5 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb